Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

menu drop down by Css3Menu.com

Boksçumuz ölkə birinciliyində mükafat qazanıb

Yanvarın 26-da böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start verilib. Keçirilən çempionatda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının da yetirmələri iştirak ediblər.

Ətraflı

Boks üzrə birincilik başa çatmışdır

2 mart 2017-ci il tarixlərdə Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının Şərur Rayon Bölməsinin birgə təşkilatçılığı ilə “5 mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə Şərur rayon açıq birinciliyi keçirilmişdir.

Ətraflı

Boksçularımız beynəlxalq turnirdə uğurlu çıxış etmişdilər

8-11 fevral 2017-ci il tarixlərdə İran İslam Respublikasının Xoy şəhərində boks üzrə Beynəlxalq turnir keçirilmişdir.

Ətraflı

Boksçularımız Azərbaycan çempionatında uğurlu çıxış etmişdilər

Bakı şəhərində Azərbaycan Respublikası Boks Federasiyasının İdman Kompleksində keçirilən kişi boksçular arasında boks üzrə Azərbaycan çempionatına yekun vurulmuşdur.

Ətraflı

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir.

Ətraflı

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasında iclas keçirilmişdir

21 yanvar 2017-ci il tarixində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr mövzusunda iclası keçirilmişdir.

Ətraflı

Boks üzrə muxtar respublika birinciliyi başa çatmışdır

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi boks üzrə yeniyetmə, gənclər və kişilər arasında muxtar respublika birinciliyinə yekun vurulmuşdur.

Ətraflı

Naxçıvanlı boksçu beynəlxalq turnirdən bürünc medalla qayıtmışdır

Məşhur boksçular - Kliçko qardaşlarının mükafatı uğrunda Ukraynanın Berdiçev şəhərində keçirilən gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulmuşdur.

Ətraflı

Boks birinciliyinə yekun vuruldu

5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulmuşdur.

Ətraflı

Boksçularımız Maku şəhərini fəth etdi

İran İslam Respublikasının Maku şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. Bu turnirdə Azərbaycanı Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri təmsil edib. Komandamızla yanaşı turnirdə İran və Türkiyə komandaları da iştirak ediblər.

Ətraflı

Boksçumuz beynəlxalq turnirin qalibidir

Azərbaycan boksunun banilərindən olan mərhum Abbas Ağalarovun xatirəsinə həsr olunan gənc boksçular arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub.

Ətraflı

Sədərək rayonunda boks üzrə birincilik başa çatmışdır

Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq Gənclər-İdman Məktəbinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 saylı tam orta məktəbin boks zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında məktəblilər arasında boks üzrə Sədərək rayon birinciliyi keçirilmişdir.

Ətraflı

Respublika çempionatında boksçularımızın uğuru

Boks üzrə gənclərin Azərbaycan çempionatına yekun vurulub. Fevralın 9-da start götürən respublika birinciliyində paytaxt Bakı və regionları təmsil edən 40-dan çox komanda iştirak edib, 180-dən çox dəri əlcək ustası birincilik uğrunda mübarizə aparıb.

Bu çempionatda Naxçıvan Muxtar Respublikası boks məktəbinin yetirmələri də öz güclərini sınayıblar. Yarışda ən uğurlu nəticəni 60 kiloqram çəki dərəcəsində Sərxan Əliyev qazanıb. Belə ki, yeniyetmə boksçumuz ilk iki mərhələdə müvafiq olaraq Qadir Məmmədov və Füzuli Tağıyevi mübarizədən kənarlaşdırıb. 1/4 final mərhələsində dəri əlcək sahibimiz Aqil Qəmbərlidən üstün olub. Finala gedən yolda isə Sərxan Əliyev Ədalət Əmirovu üstələyib. Həlledici qarşılaşmada Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin üzvü olan boksçumuz Elton Məmmədovu məğlub edərək respublika çempionu adını qazanıb. Digər idmaçımız, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Toğrul İsmayıllı isə yarımfinala kimi itkisiz irəliləyib. Lakin final görüşündən öncə məğlub olan dəri əlcək sahibimiz çempionatı bürünc medalla başa vurub.

Bu nəticə ilə Naxçıvan boks komandası ölkə çempionatını 1 qızıl, 1 bürünc medalla 3-cü pillədə başa vurub.

Boksçumuz beynəlxalq turnirin qalibi olub

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub. 29 ölkənin 168 boksçusunun mübarizə apardığı turnirdə Azərbaycan millisi də çıxış edib. 5 gün davam edən beynəlxalq turnirdə “Bakı-2015” Avropa Oyunlarının, dünya, Avropa, Asiya və Cənubi Amerika çempionatlarının mükafatçıları mübarizə aparıblar. Azərbaycan Macarıstana 7 dəri əlcək sahibi ilə yollanıb.

Millimizin heyətində 56 kiloqram çəki dərəcəsində rinqə Naxçıvan boks məktəbinin yetirməsi Tayfur Əliyev çıxıb. Turnirin ilk mərhələsində idmançımız Mərakeşi təmsil edən Mumammed Hamout ilə qarşılaşıb və qalib gəlib. Növbəti görüşdə onun rəqibi iordaniyalı Muhammed Alşadi olub. Hər üç raundda rəqibini məğlub edən dəri əlcək sahibimiz yarımfinala yüksəlib. Finala gedən yolda Tayfur Əliyev braziliyalı Karlos Roşanı da mübarizədən kənarlaşdırıb. Həlledici qarşılaşmada dəri əlcək sahibimiz Böyük Britaniya təmsilçisi Aşfaq Qaisdadi ilə qarşılaşıb. Daha üstün görüş keçirən Tayfur Əliyev qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sonda idmançımıza diplom, medal və kubok təqdim edilib.

Məşqçi-müəllimlərin seminarları davam edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında keçirilən müşavirədə verilən tapşırıqlara əsasən məşqçi-müəllimlərin federasiyalarda keçirdikləri seminarlar davam edir.

Bu gün Naxçıvan Muxtar Respublikasi Gənclər və İdman Nazirliyi və Boks Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində məşqçi-müəllimlərin texniki-taktiki seminar keçirilib.

Şərur rayonunda olduğu kimi Naçıvan şəhərində də seminarı Azərbaycanın əməkdar məşqçisi, kişilərdən ibarət milli komandanın böyük məşqçisi Nəriman Abdullayev və Azərbaycanın fəxri bədən tərbiyəsi və idman xadimi, Prezident təqaüdçüsü Tofiq Babanlı keçiriblər.

Praktiki və nəzəri seminarda muxtar respublikanın şəhər və royonlarında 20-də çox məşqçi-müəllim iştirak edib. Seminardan sonra muxtar respublikaya təşrif buyuran Nəriman Abdullayev və Tofiq Bayramlının fikilərini öyrəndik:

Nəriman Abdullayev: “Bu gün keçirdiyimiz seminarda məşqçi-müəllimlərə daha çox boksun yeni qaydaları haqda məlumat verildi. Bununla yanaşı, məşqçilərə yeni qaydaların necə tətbiq olduğunu seminarda qeyd edildi. Muxtar respublikada boksun inkişafı üçün hər bir şərait yaradılıb və boksçular da bundan maksimum istifadə edirlər”.

Tofiq Bayramlı: “Seminarın əsas məqsədi boksun qaydaları və tətbiqi barədədir. Naxçıvan boksçuları, məşqçi-müəllimləri seminarda xüsusi səy göstərdilər. İnkişaf üçün hər bir şərait yaradılıb. Qarşıdakı zaman kəsiyində boksçuların daha çox turnirlərdə, yarışlarda iştirakı vacibdir. Çünki bu məqam onların həm yarış praktikalarını artıracaq, həm də daha uğurlu çıxış etməsinə zəmin yaradacaq”.

Texniki-taktiki seminar keçirilmişdir.

6 oktyabr 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında keçirilən müşavirədə verilən tapşırıqlara əsasən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Boks Federasiyasının birgə təşkilatçılığı ilə Şərur rayonunda Şərur və Sədərək boksçularına texniki-taktiki seminar keçirilmişdir.

Seminarı Azərbaycanın əməkdar məşqçisi, kişilərdən ibarət milli komandanın böyük məşqçisi Nəriman Abdullayev və Azərbaycanın fəxri bədən tərbiyəsi və idman xadimi, Prezident təqaüdçüsü Tofiq Babanlı keçmişdir. Seminarda hər iki rayondan 50-yə yaxın idmançı iştirak etmişdir. Sabah isə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində, muxtar respublikanın digər rayonlarında, o cümlədən Naxçıvan şəhərində boksla məşğul olan idmançılara geniş praktiki və nəzəri seminarlar keçiriləcəkdir.

Naxçıvan boks tarixində ilk Boksçumuz Bakı – 2015 Avropa Oyunlarına vəsiqə qazandı

   Məşhur Amerika filosofu Maykl Novak yazır: “İdmana əhəmiyyət verməmək olduqca vacib milli dəyərlərdən birini itirməkdir”. Doğrudan da, idman ümummilli dəyərdir. Hər bir dövlətin məqsədlərindən biri mövcud idman ənənəsini qoruyub inkişaf etdirməkdir.
   Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənc, müstəqil bir dövlətin tez bir zamanda beynəlxalq idman arenalarında tanınmasında, bayrağının dalğalanmasında bu inkişafın payı böyükdür. Ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu siyasət uğurla həyata keçirilir və qazanılan nailiyyətlər bir daha onu göstərir ki, blokada vəziyyətində yaşamasına baxmayaraq, sərhəd tanımayan idmançılarımız gündən-günə püxtələşməkdə davam edirlər.
Ceyhun MƏMMƏDOV

Ölkənin ən güclü dəri əlcək sahibi: Tayfur Əliyev

   Naxçıvan Muxtar Respublikasında idmanın bütün sahələrinin inkişafı, təşəkkül tapması son illər bu sahəyə gənclərin axınını da sürətləndirib. Muxtar respublika rəhbərinin qayğısı sayəsində idmançılarımız üçün müasir standartlara cavab verən təlim-məşq qurğularının tikilib istifadəyə verilməsi, Naxçıvanda yüksəksəviyyəli beynəlxalq yarışların və turnirlərin keçirilməsi, idmançılarımızın dünya arenasında qazandıqları qələbələr idmanın muxtar respublikada uğurlu inkişafından xəbər verir. Bu idman növlərindən biri də boksdur. Naxçıvanın qədim boks ənənələri olub və bu gün bu ənənə gənc dəri əlcək sahibləri tərəfindən layiqincə davam etdirilir. Yeniyetmə və gənc boksçularımız dünya və Avropa rinqlərində, beynəlxalq turnirlərdə, yarışlarda qazandıqları uğurlarla Naxçıvan idmanının, eləcə də boksunun sürətli inkişaf yolu keçdiyini göstəriblər. Təbii ki, muxtar respublika boksunun dünya idman ailəsinə inteqrasiyasında bu sahənin maddi-texniki bazasının gücləndirilməsi də mühüm rol oynayır. Son illər yaradılan müasir idman infrastrukturu, eyni zamanda bu sahəyə göstərilən diqqət dəri əlcək sahiblərimizi ruhlandırıb. 2015-ci ilin ilk günlərində boksçumuz Tayfur Əliyevin ölkə miqyasında böyük uğur qazanması Azərbaycanda ajiotaj yaratdı. Ötən həftə başa çatan boks üzrə Azərbaycan çempionatı Şağan Olimpiya-İdman Kompleksində baş tutdu və idman həvəskarları yazılan yeni tarixə şahidlik etdilər. Ölkənin 200-dən artıq ən mükəmməl döyüşçüsünün mübarizə apardığı kişilər arasında Azərbaycan çempionatında boksçumuz Tayfur Əliyev 56 kiloqram çəki dərəcəsində rinqə çıxdı. Qeyd edək ki, Tayfurun hələ 17 yaşı var və o, yeniyetmə boksçu hesab edilir. Karyerası ərzində ilk dəfə kişilər arasında ölkə birinciliyində mübarizə aparmaq isə ona bu yaşında qismət oldu. Yarışın əsas məqsədi isə milli komandanın tərkib hissəsini müəyyənləşdirmək və bu il Bakıda ilk dəfə keçiriləcək Avropa Oyunlarına vəsiqə qazanmaq idi. Təbii ki, sonuncu nüans yarışın daha çətin keçəcəyindən xəbər verirdi. Boksçumuz Tayfur Əliyev həlledici döyüşdə iştirak etmək üçün 4 rəqibini məğlub etdi. Finalda isə onu daha çətin rəqib – uzun illər boks üzrə Azərbaycan yığmasının kapitanı olan Rəhim Nəcəfovla döyüş gözləyirdi. Həlledici qarşılaşmada rəqibinə aman verməyən dəri əlcək sahibimiz hər üç raundda qalib gələrək ilk dəfə kişilər arasında ölkə çempionu adını qazandı. Qızıl medalı boynuna asan Tayfur Əliyev həm də çempionatın ən texnikalı boksçusu üçün təsis edilən kuboku başı üzərinə qaldırdı. Bu qələbə ona eyni zamanda 12-28 iyun tarixlərində keçiriləcək Bakı - 2015 Avropa Oyunlarına vəsiqə qazandırdı.
Ceyhun MƏMMƏDOV

Avropa Oyunlarının ilk naxçıvanlı idmançısı

   Artıq Azərbaycan boks tarixinə imza atan, 15 yaşında Azərbaycan Respublikasının idman ustası adını qazanan və bütün ölkəni öz döyüş üslubu ilə heyran qoyan Tayfur Əliyevin indi bir məqsədi var: Bakı-2015 Avropa Oyunlarında bu uğuru təkrarlamaq.

– Artıq 10 ildən çoxdur ki, boksla məşğul oluram. Son olaraq qazandığım uğuru hər zaman arzu etmişəm. Çünki hələ karyerama başlamamışdan əvvəl qarşıma bir məqsəd qoymuşdum: öz çəkimdə Azərbaycanın ən yaxşı boksçusu olmaq. Buna nail olmaq üçünsə daim çalışmalısan. Güman edirəm ki, uzun illərdir, çalışmağımın bəhrəsini yavaş-yavaş görürəm.

– Səhv etmirəmsə, bu çempionluq sənin karyeranda ilk deyil...

– Bəli. Bundan öncə mən yeniyetmə və gənclər arasında 6 dəfə Azərbaycan çempionu olmuşam. Uzun müddətdir ki, kişilər arasında keçiriləcək ölkə çempionatında çıxış etmək üçün hazırlaşırdım. Karyeram ərzində ilk dəfə çıxış etdiyim turnirin qalibi adını qazanmaq məni çox sevindirdi. Bundan əlavə, 2011-ci ildə Qroznıda keçirilən boks üzrə yeniyetmələr arasında Avropa çempionu oldum. 2013-cü ildə isə gənclər arasında Anapada keçirilən Avropa birinciliyində gümüş medal qazandım. Mənim üçün ən dəyərli kuboku isə 2013-cü ildə əldə etdim. Analoji olaraq hər il keçirilən “Prezident Kuboku”nda 2012-ci ildə qalib olsam da, 2013-cü ildə turnirin ən yaxşı boksçusu üçün təsis edilən kubokun sahibi oldum.

– Artıq Bakı-2015 Avropa Oyunlarına vəsiqəni təmin etmisən. Qarşıdakı aylarda səni hansı turnirlərdə çıxış gözləyir?

– Gələn ay Macarıstanda kişilər arasında beynəlxalq turnir keçiriləcək. Həmçinin Rusiyanın Moskva şəhərində daha bir beynəlxalq turnirdə çıxışımız gözlənilir. Bununla yanaşı, Avropa Oyunlarından öncə millinin düşərgəsində təlim-məşq toplanışında çıxış edəcəyəm.

– Naxçıvan idman tarixində bir ilkə imza atdın və Avropa Oyunlarında iştirak etmək hüququ qazandın. Bu barədə nə deyərdin?

– İlk olaraq, idmana və idmançılara göstərdiyi qayğıya, yaratdığı şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm. Həmçinin Boks Federasiyasına, Gənclər və İdman Naziriyinə daim mənə dəstək olduqları üçün minnətdaram. Hər kəs mənə inandı və etimadı doğrultduğum üçün xoşbəxtəm.

Ceyhun MƏMMƏDOV

"Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatmışdır

Naxçıvanda təşkil edilən boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatmışdır. Həlledici mərhələyə Azərbaycan millisinin 9 boksçusu vəsiqə qazanmışdır.

Ətraflı

Beynəlxalq boks turnirinin açılış mərasimi keçirilmişdir

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Boks federasiyalarının birgə təşkilatçılığı ilə boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə start verilmişdir.

Ətraflı

"Heydər Əliyev Kuboku-2017" boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirinin açılış mərasimindən öncə qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər

Fotosessiya

İdman yarışlarının məkanına çevrilən Naxçıvan Muxtar Respublikası daha bir beynəlxalq turnirə ev sahibliyi edəcək

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Boks federasiyalarının birgə təşkilatçılığı ilə 10-15 iyun tarixlərində boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri keçiriləcək.

Ətraflı

Boks üzrə Muxtar Respublika turnirində qaliblərə mükafatlar təqdim olunmuşdur

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Heydər Əliyev Kuboku” uğrunda boks üzrə keçirilən Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulmuşdur.

Ətraflı

Boksçularımız beynəlxalq turniri
qalibi olublar

Ölkəmizdə ənənəvi keçirilən boks üzrə “Böyük İpək yolu” beynəlxalq turnirinə yekun vurulmuşdur.

Ətraflı

Son xəbərlər
Boks üzrə yoldaşlıq görüşü

Culfa rayonunda boks üzrə yoldaşlıq görüşü keçirilib. Rayon Gənclər və İdman İdarəsi ilə Boks Federasiyasının birgə təşkil etdiyi görüşdə Culfa və Ordubad boksçuları qarşılaşıb. 10 çəki dərəcəsində dəri əlcək sahiblərinin mübarizə apardığı yoldaşlıq görüşündən öncə çıxış edən federasiyanın sədr müavini Məmmədcəfər Əliyev bilidirib ki, bu idman növünün inkişafı üçün muxtar respublikada istənilən şərait yaradılıb. Məqsəd şəhər və rayonlarda boksun kütləviliyinə nail olmaq, gənclər arasında bunu təbliğ etməkdir.

Görüşün nəticəsinə gəlincə, Ordubad boksçuları culfalı həmkarlarını 6:4 hesabı ilə məğlub etməyi bacarıblar.

     Bakı şəhərində keçirilən Böyük İpək Yolu beynəlxalq boks turniri başa çatıb. “Bakı-2015” Avropa Oyunlarına sınaq-hazırlıq xarakteri daşıyan yarışda Naxçıvan boksçusu, Avropa Oyunlarında iştirak edəcək Tayfur Əliyev də iştirak edib.
   56 kiloqram çəki dərəcəsində mübarizə aparan dəri əlcək sahibimiz ilk görüşdə gürcüstanlı Levan Kadiaşvilini yarışdan kənarlaşdırıb – 3:0.
   Yarımfinala vəsiqə qazanan boksçumuzun budəfəki rəqibi Kənan Hüseynəliyev olub. Daha inamlı mübarizə aparan və rəqibinə aman verməyən Tayfur Əliyev bu dəfə də rinqi 3:0 hesablı qələbə ilə tərk edib.
   Həlledici qarşılaşmada isə o, fransalı Samuel Kristori ilə üz-üzə gəlib. Milli komandamızın üzvü final qarşılaşmasında da qalib gələrək (2:1) turnirin baş mükafatını qazanıb. Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.
      

05 mart "Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar Kəngərli rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında boks üzrə rayon birinciliyi keçirilmişdir. 20 idmançının iştirak etdiyi yarışda Bayramov Məhəmməd (67 kq) və İsayev Cəbi (52 kq) çəki dərəcələrində yarışın qalibləri adını qazanmışlar. Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar verilmişdir.

02 mart 2015-ci il tarixdə Şərur rayonunda "05 mart-Bədən Tərbiyyəsi və İdman Günü"nə həsr olunmuş Şərur və Sədərək rayon komandaları arasında boks üzrə yoldaşlıq görüşü keçirilmişdir. 13 çəki dərəcəsində 50-dən artıq idmançının iştirak etdiyi yarışda Şərur rayon komandası 8-5 hesabı ilə qalib olmuşdur.

18-19 fevral 2015-ci il tarixlərdə Sədərək rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və YAP Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş boks üzrə rayon birinciliyi keçirilmişdir.

Çempion tələbə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək.





Besucherzahler
счетчик посещений
homepage counter счетчик сайта

Copyright © 2014-2017
Naxçıvan Muxtar Respublikasının Boks Federasiyası
Webmaster Elshan Nasirov