Naxçıvan Muxtar Respublikası
Boks Federasiyası



Naxçıvan idmançılarının dünyanın idman arenalarında

yüksək nəticələr əldə etməsi Ulu Diyarımızın

beynəlxalq nüfuzunu daha da yüksəldir!

Məhərrəm Talıbov

Naxçıvan Boks Federasiyasının sədri

menu drop down by Css3Menu.com

Dəri əlcək sahiblərimiz ölkə birinciliyində 4 medal qazanıblar

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri daha bir uğura imza atıblar. Belə ki, Bakı şəhərində kerçirilən yeniyetmələr arasında boks üzrə ölkə birinciliyinə yekun vurulub.

Ətraflı

Boksçumuz ölkə birinciliyində mükafat qazanıb

Yanvarın 26-da böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start verilib. Keçirilən çempionatda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının da yetirmələri iştirak ediblər.

Ətraflı

Boks üzrə birincilik başa çatmışdır

2 mart 2017-ci il tarixlərdə Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının Şərur Rayon Bölməsinin birgə təşkilatçılığı ilə “5 mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə Şərur rayon açıq birinciliyi keçirilmişdir.

Ətraflı

Boksçularımız beynəlxalq turnirdə uğurlu çıxış etmişdilər

8-11 fevral 2017-ci il tarixlərdə İran İslam Respublikasının Xoy şəhərində boks üzrə Beynəlxalq turnir keçirilmişdir.

Ətraflı

Boksçularımız Azərbaycan çempionatında uğurlu çıxış etmişdilər

Bakı şəhərində Azərbaycan Respublikası Boks Federasiyasının İdman Kompleksində keçirilən kişi boksçular arasında boks üzrə Azərbaycan çempionatına yekun vurulmuşdur.

Ətraflı

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir.

Ətraflı

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasında iclas keçirilmişdir

21 yanvar 2017-ci il tarixində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr mövzusunda iclası keçirilmişdir.

Ətraflı

Boks üzrə muxtar respublika birinciliyi başa çatmışdır

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi boks üzrə yeniyetmə, gənclər və kişilər arasında muxtar respublika birinciliyinə yekun vurulmuşdur.

Ətraflı

Naxçıvanlı boksçu beynəlxalq turnirdən bürünc medalla qayıtmışdır

Məşhur boksçular - Kliçko qardaşlarının mükafatı uğrunda Ukraynanın Berdiçev şəhərində keçirilən gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulmuşdur.

Ətraflı

Boks birinciliyinə yekun vuruldu

5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulmuşdur.

Ətraflı

Boksçularımız Maku şəhərini fəth etdi

İran İslam Respublikasının Maku şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. Bu turnirdə Azərbaycanı Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri təmsil edib. Komandamızla yanaşı turnirdə İran və Türkiyə komandaları da iştirak ediblər.

Ətraflı

Boksçumuz beynəlxalq turnirin qalibidir

Azərbaycan boksunun banilərindən olan mərhum Abbas Ağalarovun xatirəsinə həsr olunan gənc boksçular arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub.

Ətraflı

Sədərək rayonunda boks üzrə birincilik başa çatmışdır

Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq Gənclər-İdman Məktəbinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 saylı tam orta məktəbin boks zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında məktəblilər arasında boks üzrə Sədərək rayon birinciliyi keçirilmişdir.

Ətraflı

Naxçıvanda idman tarixi
Naxçıvanda milli idman oyunlarının qədim tarixi vardır. Güc, çeviklik və bacarıq tələb edən güləş, at çapmaq, qılınc və gürz oynatmaq, nizə və ox atmaq, üzmək, qaçmaq və s. ənənəvi idman növləri sahəsində keçirilən yarışlar hər zaman bölgədə populyar olmuş, əhali tərəfindən rəğbətlə qarşılanmışdır. Lakin Naxçıvanda professional mənada idmanın tarixi XIX əsrə təsadüf edir.

XIX əsrdə Naxçıvanda bədən tərbiyəsi və idman geniş vüsət almış, XX əsrin 20-ci illərindən başlayaraq ictimai həyatın bir hissəsinə çevrilmişdir. 1924-cü ildə yaradılmış Naxçıvan Bədən Tərbiyəsi Şurası 1930-cu ilədək futbol, yüngül atletika, cıdır, akrobatika, ağır atletika, güləş, voleybol yarışlarının və başqa idman oyunlarının təşkilatçısı olmuşdur. 1937-ci ildə ağır atletika üzrə Azərbaycan birinciliyi Naxçıvanda keçirilmişdir. Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafında "Dinamo", "Spartak", "Burevestnik", "Məhsul" idman cəmiyyətlərinin, "Ehtiyat Əmək Qüvvələri" cəmiyyətinin (1998-ci ildən Təhsil idman mərkəzi adlanır) böyük rolu olmuşdur. 1940-cı ildə muxtar respublikada 5320 idmançı, 61 idman qurğusu mövcud olmuşdur.

1946-cı ildə Naxçıvanda idmanın 9 növünü təmsil edən 250 nəfərlik gənclər idman məktəbi, 1949-cu ildə isə Naxçıvan şəhər təhsil sistemində 10 idman növünü əhatə edən uşaq-gənclər idman məktəbi yaradılmışdır. 1950-ci ildə bədən tərbiyəsi və idmanla məşğul olanlarm sayı 15481 nəfər, bədən tərbiyəsi kadrlarının sayı 71 nəfər, idman qurğuların sayı 230-a (1 stadion, 12 idman zalı, 197 idman meydançası, 19 atıcılıq tiri, 10 uyğunlaşdırılmış zal və s.) çatmışdır.

1959-cu ildə Azərbaycan Respublikası "Məhsul" cəmiyyətinin Yunan-Roma güləşi (klassik güləş) yarışlarında Naxçıvanın komandası birinci yerə çıxmışdır. 1961-ci ildə Naxçıvan MR qadınlarının birinci spartakiadasında 1849, final yarışlarında isə 319 idmançı mübarizə aparmışdır. 1962-ci ildə Naxçıvan voleybol komandasıAzərbaycan birinciliyində ikinci yeri, futbol komandası isə üçüncü yeri qazanmışdır.

1970-80-ci ilərdə Naxçıvan MSSR-də idman kollektivlərinin və idmançıların sayı xeyli artmışdır. 1970-ci ildə idmançıların sayı 27390 nəfərə (4230-u qadın olmaqla), idman qurğularının sayı isə 322-yə (2 stadion, 21 idman zalı, 251 idman meydançası və s.) çatmışdır. Həmin ildə 12 uşaq-gənclər idman məktəbi və 1 güləş məktəbi fəaliyyət göstərirdi. 1980-ci ildə isə idmançıların sayı 32590-a yüksəlmişdir. İdmanın müxtəlif növləri üzrə məktəblilər arasında spartakiadalar, "Sevinc" futbol kuboku uğrunda yarışlar, "Şahin", "Cəsurlar" hərbi idman oyunları, "Şən startlar", "Möcüzəli dama", "Ağ top", "Pioner" çoxnövlülüyü üzrə yarışlar keçirilməsi ənənəvi şəkil almışdır. Naxçıvanın "Sevinc" futbol komandası 1973-cü ildə Zaqatala şəhərində 13-14 yaşlı uşaqlar arasmda keçirilmiş Azərbaycan yarışlarında birinci yerə, həmin ildə Daşkənddə keçirilmiş Ümumittifaq "Dəri top" birinciliyində isə ikinci yerə çıxmışdır.

1990-cı illərdən sonrakı dövr muxtar respublikanın bədən tərbiyəsi və idman tarixində mühüm mərhələ təşkil edir. 2004-cü ildə muxtar respublikada bədən tərbiyəsi və idmanla məşğul olanların sayı 30439 nəfər olmuş, idman qurğularının sayı isə 1327-yə çatdırılmışdır. 2002-ci ildə 9 idman növü üzrə federasiaya yaradılmışdır. Naxçıvan şəhərində "Dinamo" cəmiyyətinin idman kompleksi və stadionu (2001), 12000 yerlik Naxçıvam MR stadionu və inzibati binası əsaslı surətdə təmir olunmuşdur (2002). Həmçinin, muxtar respublikada İlham Əliyev adına Naxçıvan Olimpiya Kompleksi (2002), Naxçıvan süni örtüklü əl oyunları meydançası (2003) və Üzgüçülük Mərkəzi fəaliyyət göstərir.

Şərur rayon İdman-Sağlamlıq Kompleksi (2002), Süni örtüklü əl oyunları meydançası (2002), 5000 yerlik stadion (2003), Culfa şəhərində Uşaq-Gənclər idman məktəbi (2002), 500 yerlik yaşıl örtüklü stadion (2005), Uşaq-Gənclər Şahmat məktəbi (2005), Şahbuz qəsəbəsində Uşaq-Gənclər Şahmat məktəbi (2005), Sədərək rayonunda 500 yerlik yaşıl örtüklü stadion (2005) istifadəyə verilmişdir.

Naxçıvanın şahmat, sərbəst güləş, karate komandaları Azərbaycan yarışlarında, həmçinin beynəlxalq yarışlarda mükafata layiq yerlər qazanmışdır. Naxçıvan şahmat məktəbinin yetirməsi G.İsmayılov 1993-cü ildə Azərbaycan birinciliyində uğurlu nəticə qazanaraq, Avropa çempionatında iştirak edəcək Azərbaycan komandasının heyətinə daxil edilmişdir. Həmin məktəbin yetirməsi V.Babayev isə Polşada keçirilən beynəlxalq turnirdə bütün rəqiblərinə qalib gəlmişdir.

2002-ci ilin və 2003-cü ilin may aylarında şahmat üzrə beynəlxalq turnir keçirilmiş, Naxçıvan şəhər uşaq-gənclər şahmat məktəbi 1-ci yerə layiq görülmüşdür. 2003-cü il 21 iyun – iyul tarixində Naxçıvan şəhərində gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilmişdir. Dünyanın 30 ölkəsindən 77 şahmatçının iştirak etdiyi çempionatda Azərbaycanı təmsil edən 20 şahmatçıdan 2-si Naxçıvan şahmatçısı olmuşdur.

Naxçıvan güləş məktəbinin yetirməsi, sərbəst güləşçi Ə.Novruzov 2002-ci il 21-27 sentyabrda Estoniyada hərbiçilər arasında keçirilmiş çempionatda qızıl medala layiq görülmüşdür. Naxçıvan voleybolunun yetirməsi N.Qasımova 2003-cü ildən Azərbaycanın qadınlardan ibarət voleybol yığma komandasının tərkibində iştirak edir. 1998-ci ildə boks üzrə Azərbaycan çempionları İ.Kərimov və T.Seyidov Avropa çempionatında yarışmış, İ.Kərimov həm də XXVI olimpiya oyunlarında iştirak etmişdir. A.Məmmədov 1998-ci ildə kikboksinq üzrə Moskvada keçirilmiş dünya çempionatında gümüş medala layiq görülmüşdür. V.Zeynalov pauerliftinq üzrə dəfələrlə Avropa və dünya birinciliyinin qızıl medalını qazanmış, 1999-cu ildə beynəlxalq dərəcəli idman ustası adına layiq görülmüşdür. R.Bağırov 2001-ci ildə həmin növdə Avropa çempionu olmuş, Avropa rekordunu təzələmişdir. Naxçıvan boks federasiyasının yetirməsi C.Sayılov 2003-cü ildə gənclər arasında Avropa çempionu adına layiq görülmüşdür.

2003-cü ildə voleybol üzrə Azərbaycan çempionatının kişilərdən ibarət zona yarışı Naxçıvan şəhərində keçirilmişdir. 2005-ci ilin aprelində Naxçıvan şəhərində futzal üzrə Azərbaycan kubokunun final mərhələsi keçirilmiş və həmin görüşdə Naxçıvanın "Araz" komandası kubokun sahibi olmuşdur. 2006-cı il əsasən fərdi idman növlərindəki nailiyyətlərlə yadda qalmışdır. Xüsuslilə, dzü-do, sambo və taekvando üzrə keçirilən ümumrespublika yarışlarında naxçıvanlı idmançılar uğurlu nəticələr əldə etmişlər. 2007-ci ildə isə muxtar respublika idmançıları Azərbaycan, Avropa və dünya birinciliklərində 37 qızıl, 21 gümüş və 60 bürünc medal qazanmışlar. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında idman hər zaman diqqət mərkəzində saxlanılan və təşviq edilən sahədir. Muxtar respublikanın idmançıları mötəbər yarışlarda müntəzəm olaraq iştirak edir və Azərbaycanın idman şərəfini layiqincə qoruyurlar.

2002-ci ildən bu günə kimi Naxçıvan boksçuları Azərbaycan və beynəlxalq yarışlarda 278 medal qazanıblar:

83 – qızıl

80 – gümüş

115 – bürünc

2015-ci ildə idmançılarımız 6 medal qazanmışdır:

2-qızıl

2-gümüş

2-bürünc

İdmanda uğura aparan yol

2014-cü il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi üçün bir çox əlamətdar hadisələrlə yadda qaldı.
Geridə qoyduğumuz “Muxtariyyət ili”ndə nazirlik muxtar respublikada idmanın inkişafı və kütləviliyi məqsədilə 100-dən artıq yarışlar, turnirlər təşkil etməklə uşaqları, yeniyetmələri və gəncləri bu sahəyə cəlb etməyi bacardı.

Boks üzrə şəhər birinciliyində qaliblər mükafatlandırılıb

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 5 mart-Bədən Tərbiyəsi və İdman günü münasibətilə yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

Ətraflı

"Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatmışdır

Naxçıvanda təşkil edilən boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatmışdır. Həlledici mərhələyə Azərbaycan millisinin 9 boksçusu vəsiqə qazanmışdır.

Ətraflı

Beynəlxalq boks turnirinin açılış mərasimi keçirilmişdir

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Boks federasiyalarının birgə təşkilatçılığı ilə boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə start verilmişdir.

Ətraflı

"Heydər Əliyev Kuboku-2017" boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirinin açılış mərasimindən öncə qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər

Fotosessiya

İdman yarışlarının məkanına çevrilən Naxçıvan Muxtar Respublikası daha bir beynəlxalq turnirə ev sahibliyi edəcək

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Boks federasiyalarının birgə təşkilatçılığı ilə 10-15 iyun tarixlərində boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri keçiriləcək.

Ətraflı

Boks üzrə Muxtar Respublika turnirində qaliblərə mükafatlar təqdim olunmuşdur

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Heydər Əliyev Kuboku” uğrunda boks üzrə keçirilən Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulmuşdur.

Ətraflı

Boksçularımız beynəlxalq turniri
qalibi olublar

Ölkəmizdə ənənəvi keçirilən boks üzrə “Böyük İpək yolu” beynəlxalq turnirinə yekun vurulmuşdur.

Ətraflı

Son xəbərlər
Boks üzrə yoldaşlıq görüşü

Culfa rayonunda boks üzrə yoldaşlıq görüşü keçirilib. Rayon Gənclər və İdman İdarəsi ilə Boks Federasiyasının birgə təşkil etdiyi görüşdə Culfa və Ordubad boksçuları qarşılaşıb. 10 çəki dərəcəsində dəri əlcək sahiblərinin mübarizə apardığı yoldaşlıq görüşündən öncə çıxış edən federasiyanın sədr müavini Məmmədcəfər Əliyev bilidirib ki, bu idman növünün inkişafı üçün muxtar respublikada istənilən şərait yaradılıb. Məqsəd şəhər və rayonlarda boksun kütləviliyinə nail olmaq, gənclər arasında bunu təbliğ etməkdir.

Görüşün nəticəsinə gəlincə, Ordubad boksçuları culfalı həmkarlarını 6:4 hesabı ilə məğlub etməyi bacarıblar.

     Bakı şəhərində keçirilən Böyük İpək Yolu beynəlxalq boks turniri başa çatıb. “Bakı-2015” Avropa Oyunlarına sınaq-hazırlıq xarakteri daşıyan yarışda Naxçıvan boksçusu, Avropa Oyunlarında iştirak edəcək Tayfur Əliyev də iştirak edib.
   56 kiloqram çəki dərəcəsində mübarizə aparan dəri əlcək sahibimiz ilk görüşdə gürcüstanlı Levan Kadiaşvilini yarışdan kənarlaşdırıb – 3:0.
   Yarımfinala vəsiqə qazanan boksçumuzun budəfəki rəqibi Kənan Hüseynəliyev olub. Daha inamlı mübarizə aparan və rəqibinə aman verməyən Tayfur Əliyev bu dəfə də rinqi 3:0 hesablı qələbə ilə tərk edib.
   Həlledici qarşılaşmada isə o, fransalı Samuel Kristori ilə üz-üzə gəlib. Milli komandamızın üzvü final qarşılaşmasında da qalib gələrək (2:1) turnirin baş mükafatını qazanıb. Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.
      

05 mart "Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar Kəngərli rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında boks üzrə rayon birinciliyi keçirilmişdir. 20 idmançının iştirak etdiyi yarışda Bayramov Məhəmməd (67 kq) və İsayev Cəbi (52 kq) çəki dərəcələrində yarışın qalibləri adını qazanmışlar. Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar verilmişdir.

02 mart 2015-ci il tarixdə Şərur rayonunda "05 mart-Bədən Tərbiyyəsi və İdman Günü"nə həsr olunmuş Şərur və Sədərək rayon komandaları arasında boks üzrə yoldaşlıq görüşü keçirilmişdir. 13 çəki dərəcəsində 50-dən artıq idmançının iştirak etdiyi yarışda Şərur rayon komandası 8-5 hesabı ilə qalib olmuşdur.

18-19 fevral 2015-ci il tarixlərdə Sədərək rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və YAP Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş boks üzrə rayon birinciliyi keçirilmişdir.

Çempion tələbə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək.




Besucherzahler
счетчик посещений
homepage counter счетчик сайта

Copyright © 2014-2018

Naxçıvan Muxtar Respublikasının Boks Federasiyası

Webmaster Elshan Nasirov