Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

menu drop down by Css3Menu.com

Boksçumuz ölkə birinciliyində mükafat qazanıb

Yanvarın 26-da böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start verilib. Keçirilən çempionatda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının da yetirmələri iştirak ediblər.

Ətraflı

Boks üzrə birincilik başa çatmışdır

2 mart 2017-ci il tarixlərdə Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının Şərur Rayon Bölməsinin birgə təşkilatçılığı ilə “5 mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə Şərur rayon açıq birinciliyi keçirilmişdir.

Ətraflı

Boksçularımız beynəlxalq turnirdə uğurlu çıxış etmişdilər

8-11 fevral 2017-ci il tarixlərdə İran İslam Respublikasının Xoy şəhərində boks üzrə Beynəlxalq turnir keçirilmişdir.

Ətraflı

Boksçularımız Azərbaycan çempionatında uğurlu çıxış etmişdilər

Bakı şəhərində Azərbaycan Respublikası Boks Federasiyasının İdman Kompleksində keçirilən kişi boksçular arasında boks üzrə Azərbaycan çempionatına yekun vurulmuşdur.

Ətraflı

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir.

Ətraflı

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasında iclas keçirilmişdir

21 yanvar 2017-ci il tarixində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr mövzusunda iclası keçirilmişdir.

Ətraflı

Boks üzrə muxtar respublika birinciliyi başa çatmışdır

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi boks üzrə yeniyetmə, gənclər və kişilər arasında muxtar respublika birinciliyinə yekun vurulmuşdur.

Ətraflı

Naxçıvanlı boksçu beynəlxalq turnirdən bürünc medalla qayıtmışdır

Məşhur boksçular - Kliçko qardaşlarının mükafatı uğrunda Ukraynanın Berdiçev şəhərində keçirilən gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulmuşdur.

Ətraflı

Boks birinciliyinə yekun vuruldu

5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulmuşdur.

Ətraflı

Boksçularımız Maku şəhərini fəth etdi

İran İslam Respublikasının Maku şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. Bu turnirdə Azərbaycanı Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri təmsil edib. Komandamızla yanaşı turnirdə İran və Türkiyə komandaları da iştirak ediblər.

Ətraflı

Boksçumuz beynəlxalq turnirin qalibidir

Azərbaycan boksunun banilərindən olan mərhum Abbas Ağalarovun xatirəsinə həsr olunan gənc boksçular arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub.

Ətraflı

Sədərək rayonunda boks üzrə birincilik başa çatmışdır

Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq Gənclər-İdman Məktəbinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 saylı tam orta məktəbin boks zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında məktəblilər arasında boks üzrə Sədərək rayon birinciliyi keçirilmişdir.

Ətraflı

12 sentyabr 2015-ci il tarixində İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında Boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir.

       İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında Boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir.

       Naxçıvan Muxtar Respublikası Boks Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 16 çəki dərəcəsindən 40-a yaxın idmançı iştirak edib. Yarışın açılış mərasimində çıxış edən Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və federasiyasının sədr müavini Məmmədcəfər Əliyev bildiriblər ki, bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına və sağlam ruhda böyüməsinə kömək edir.

       Açıq birincilikdə “Naxçıvan” şəhərinin komandası ilə yanaşı “Ordubad” və “Kəngərli” rayonlarının komandaları da qüvvələrini sınayıblar. Yarışın yekun nəticəsinə əsasən, Elvin Seyidov, (Ordubad), Nazim Abazərli (Naxçıvan), Süleyman Abdullayev (Kəngərli), Ayxan Quliyev (Naxçıvan), Ülvi Süleymanov (Naxçıvan), Hidayət Məmmədov (Naxçıvan), Kənan İbrahimov (Ordubad), Muxtar Fərzəliyev (Naxçıvan), Ayxan Süleymanov (Naxçıvan), Əbülfəz Xəlilov (Naxçıvan), Zakir Abbasov (Naxçıvan), Yenisey İmanov (Naxçıvan), Arif Bayramov (Naxçıvan), Yuris Allahverdiyev (Naxçıvan), Qənbər Abdullayev (Naxçıvan) və Toğrul İsmayıllı (Naxçıvan) müvafiq olaraq 28, 32, 34, 38, 40, 42, 46, 48, 50, 54, 57, 60, 64, 69, 75, 81 kiloqram çəki dərəcələrində I yerlərə layiq görülmüşdülər.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir.

Hazırladı: Ceyhun Məmmədov

Naxçıvan boksçusundan daha bir qələbə

       İlk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunlarının başlamasına az bir zaman qalıb. Artıq “Bakı-2015”-də iştirak edəcək ölkələr mübarizə aparacaqları yığmalarının heyətlərini açıqlayıblar. Azərbaycanı bu mötəbər turnirdə 291 idmançı təmsil edəcək ki, onlar arasında Naxçıvan idmançıları da var. İlk Avropa Oyunlarında ölkəmizin boks üzrə yığmasının heyətində 56 kiloqram çəki dərəcəsində rinqə Tayfur Əliyev çıxacaq. Onunla yanaşı, güləş yığmamızın heyətinə naxçıvanlı güləşçi Hacı Əliyev də dəvət olunub.

Boks üzrə yığmamızın heyətini müəyyənləşdirmək üçün son sparrinq görüşləri keçirilib. 56 kiloqram çəki dərəcəsində kişilər arasında son ölkə çempionu, Naxçıvan boksçusu Tayfur Əliyev rinqdə dünya çempionu Cavid Çələbiyevlə üz-üzə gəlib. Görüşü tam üstünlüklə başa vuran naxçıvanlı boksçu “Bakı-2015” Avropa Oyunlarında iştirakını təmin edib.

Bu görüşə kimi idmançımız boks üzrə kişilərdən ibarət Azərbaycan yığmasının heyətində İtaliya və Meksikada təlim-məşq toplanışında olub. Bu toplanış zamanı Tayfur Əliyev öz çəki dərəcəsində sparrinq görüşlərində italyan və meksikalı həmkarlarını məğlub etməklə diqqətləri öz üzərinə cəlb edib.

Qeyd edək ki, “Bakı-2015” Avropa Oyunlarında iştirak edəcək azərbaycanlı idmançılar iyun ayının 8-dən etibarən yeni tikilən atletlər kəndində toplaşacaqlar.

Hazırladı: Ceyhun Məmmədov

Boks üzrə muxtar respublika turniri başa çatdı

       1 may 2015-ci il tarixində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş boks üzrə Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.

       Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi turnirdə muxtar resbuplikanın şəhər və rayonlarının ümumilikdə 150-dən çox dəri əlcək sahibi mübarizə aparıb.

        Turnirin bağlanış mərasimində çıxış üçün söz Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmaylova verilib. O, qeyd edib ki, son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbovun idmana göstərdiyi diqqət və qayğı özünü göstərməkdədir. Bunun bariz nümunəsi kimi muxtar repsublika bir çox beynəlxalq turnirlərə “ev” sahibliyi edir. Bu gün umummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönünümə həsr olunmuş boks üzrə turnirində idmançıların yüksək peşəkarlıqla döyüşləri bizdə xoş təəssüratlar yaratdı. Keçirilən bu turnir bir daha onu göstərir ki, Azərbaycanın bütün bölgələsində olduğu kimi muxtar respublikada da idman yüksək səviyyədə inkişaf edib. Mən, bu idman tədbirini təşkil edən təşkilatçılara təşəkkürümü bildirirəm və qalib idmançılara daha böyük müvəffəqiyyətlər arzulayıram”.

       Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirdi ki, muxtar respublikada fəaliyyət göstərən 12 federasiya nazirliklə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş turnirlər keçirəcək və ilk belə turnir boks üzrə muxtar respublika turniridir. Naxçıvanda təşkil olunan beynəlxalq turnirlər onun göstəricisidir ki, bu gün təkcə paytaxt Bakıda yox, Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikada da idman sahəsinə diqqət yüksək səviyyədədir. Bu il ilk dəfə Bakıda təşkil olunan Avropa Oyunlarının məşəlinin muxtar respublikaya gətirilməsi münasibətilə ötən günlərdə Alov fest ivalı təşkil edildi və bu hadisə Naxçıvan idmançıları üçün əlavə stimul yaratdı. Muxtar respublikada idmana, idmançılara göstərilən qayğının nəticəsidir ki, bu gün beynəlxalq arenalarda idmançılarımız Azərbaycanın bayrağını layiqincə dalğalandırırlar. İnanırıq ki, bu gün keçirilən boks turnirində uğur qazanan boksçularımız gələcəkdə daha böuük nailiyyətlər əldə edəcək. Hər bir idmançını, onu yetişdirən, hazırlayan məşqçi-müəllimləri təbrik edirəm”.

       2 gün davam edən və 13 çəki dərəcəsində 150-dən çox idmançının mübarizə apardığı turnirdə İlkin Qurbanov (34 kq), Ülvi Süleymanov (38 kq), Muxtər Fərzəliyev (42 kq), Ayxan Cavadlı (46 kq), Əhməd Cəfərov (48 kq), Kərim Babayev (52 kq), Nihad Quliyev (56 kq), Arif Babayev (60 kq), Məhəmmədəli Bağırov (64 kq), Elnur Muxtafayev (69 kq), Qənbər Abdullayev (75 kq), Elmar Cəbrayılov (81 kq) və Ayxan İsayev (91 kq) bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər. Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Hazırladı: Ceyhun Məmmədov

"Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatmışdır

Naxçıvanda təşkil edilən boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatmışdır. Həlledici mərhələyə Azərbaycan millisinin 9 boksçusu vəsiqə qazanmışdır.

Ətraflı

Beynəlxalq boks turnirinin açılış mərasimi keçirilmişdir

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Boks federasiyalarının birgə təşkilatçılığı ilə boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə start verilmişdir.

Ətraflı

"Heydər Əliyev Kuboku-2017" boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirinin açılış mərasimindən öncə qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər

Fotosessiya

İdman yarışlarının məkanına çevrilən Naxçıvan Muxtar Respublikası daha bir beynəlxalq turnirə ev sahibliyi edəcək

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Boks federasiyalarının birgə təşkilatçılığı ilə 10-15 iyun tarixlərində boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri keçiriləcək.

Ətraflı

Boks üzrə Muxtar Respublika turnirində qaliblərə mükafatlar təqdim olunmuşdur

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Heydər Əliyev Kuboku” uğrunda boks üzrə keçirilən Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulmuşdur.

Ətraflı

Boksçularımız beynəlxalq turniri
qalibi olublar

Ölkəmizdə ənənəvi keçirilən boks üzrə “Böyük İpək yolu” beynəlxalq turnirinə yekun vurulmuşdur.

Ətraflı

Son xəbərlər
Boks üzrə yoldaşlıq görüşü

Culfa rayonunda boks üzrə yoldaşlıq görüşü keçirilib. Rayon Gənclər və İdman İdarəsi ilə Boks Federasiyasının birgə təşkil etdiyi görüşdə Culfa və Ordubad boksçuları qarşılaşıb. 10 çəki dərəcəsində dəri əlcək sahiblərinin mübarizə apardığı yoldaşlıq görüşündən öncə çıxış edən federasiyanın sədr müavini Məmmədcəfər Əliyev bilidirib ki, bu idman növünün inkişafı üçün muxtar respublikada istənilən şərait yaradılıb. Məqsəd şəhər və rayonlarda boksun kütləviliyinə nail olmaq, gənclər arasında bunu təbliğ etməkdir.

Görüşün nəticəsinə gəlincə, Ordubad boksçuları culfalı həmkarlarını 6:4 hesabı ilə məğlub etməyi bacarıblar.

     Bakı şəhərində keçirilən Böyük İpək Yolu beynəlxalq boks turniri başa çatıb. “Bakı-2015” Avropa Oyunlarına sınaq-hazırlıq xarakteri daşıyan yarışda Naxçıvan boksçusu, Avropa Oyunlarında iştirak edəcək Tayfur Əliyev də iştirak edib.
   56 kiloqram çəki dərəcəsində mübarizə aparan dəri əlcək sahibimiz ilk görüşdə gürcüstanlı Levan Kadiaşvilini yarışdan kənarlaşdırıb – 3:0.
   Yarımfinala vəsiqə qazanan boksçumuzun budəfəki rəqibi Kənan Hüseynəliyev olub. Daha inamlı mübarizə aparan və rəqibinə aman verməyən Tayfur Əliyev bu dəfə də rinqi 3:0 hesablı qələbə ilə tərk edib.
   Həlledici qarşılaşmada isə o, fransalı Samuel Kristori ilə üz-üzə gəlib. Milli komandamızın üzvü final qarşılaşmasında da qalib gələrək (2:1) turnirin baş mükafatını qazanıb. Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.
      

05 mart "Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar Kəngərli rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında boks üzrə rayon birinciliyi keçirilmişdir. 20 idmançının iştirak etdiyi yarışda Bayramov Məhəmməd (67 kq) və İsayev Cəbi (52 kq) çəki dərəcələrində yarışın qalibləri adını qazanmışlar. Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar verilmişdir.

02 mart 2015-ci il tarixdə Şərur rayonunda "05 mart-Bədən Tərbiyyəsi və İdman Günü"nə həsr olunmuş Şərur və Sədərək rayon komandaları arasında boks üzrə yoldaşlıq görüşü keçirilmişdir. 13 çəki dərəcəsində 50-dən artıq idmançının iştirak etdiyi yarışda Şərur rayon komandası 8-5 hesabı ilə qalib olmuşdur.

18-19 fevral 2015-ci il tarixlərdə Sədərək rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və YAP Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş boks üzrə rayon birinciliyi keçirilmişdir.

Çempion tələbə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək.





Besucherzahler
счетчик посещений
homepage counter счетчик сайта

Copyright © 2014-2017
Naxçıvan Muxtar Respublikasının Boks Federasiyası
Webmaster Elshan Nasirov